Damarları effektiv şəkildə təmizləyən sınanmış müalicə

Damarları effektiv şəkildə təmizləyən sınanmış müalicə

Bu resept həm damarları təmizləyir, həm də sağlamlığın ümumi vəziyyətinə müsbət təsir edir.

İnqrediyentlər:
1 kiçik parça zəncəfil;
4 qabıqlı limon;
4 böyük diş sarımsaq;
2 litr su;

Hazırlanma qaydası:
Limon və zəncəfili doğrayıb blenderden keçirin. Sonra sarımsağı da digər komponentlərə əlavə edib blenderdən keçirin. Ərzaqları yaxşı qarışdırıb onları bir kasaya boşaldın. Sonra kasanı və 2 litr suyu qazana əlavə edib od üzərinə qoyun. Qaynamağa qoymadan oddan götürün və soyumasını gözləyin. Sonra süzgəcdən keçirin. Ən yaxşısı şüşə butulkalarda soyuducuda saxlayın.

Tətbiqi:
Hər istifadədən əvvəl butulkanı yaxşı qarışdırın. Bu qarışığı ac qarına, ən azından yeməyə 2 saat qalmış içməyə çalışın. Qarışığı 3 həftə ərzində içməyə davam edin. Sonra 1 həftə fasilə verin. Lazım gələrsə, siz müalicəni bir daha təkrarlaya bilərsiniz.

Qeyd: Sarımsaq qoxusundan dolayı narahat olmağa dəyməz, çünki onun iyi hazırlıq prosesində neytrallaşır.