Dalğanın hündürlüyü üç metrə çatıb – Faktiki hava

Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü isə Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.


Havanın minimal temperaturuna gəlincə isə, Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.

Qeyd edək ki, ölkə ərazisində 5-i gün ərzində, 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Teqlər: