DAK İran-İsrail toqquşmasından narahatdır

DAK İran-İsrail toqquşmasından narahatdır

Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib.

AzerTimes xəbər verir ki, Azərbaycan, ABŞ, Türkiyə, Kanada və Rusiyadan İdarə Heyəti üzvləri və təmsilçilərin qatıldığı toplantıda təşkilatın fəaliyyəti, qurultaya hazırlıq işləri müzakirə olunub, qurumun fəaliyyətinin yeni dövrün tələblərinə uyğun daha da güclənməsi və genişlənməsi üçün təkliflər verilib.

DAK sədri Sabir Rüstəmxanlı təşkilatın diaspor işlərində, milli məsələlərdə rolunu vurğulayaraq dünyada Azərbaycanla bağlı məsələlərə çevik reaksiyanın vacibliyini bildirib.

Millət vəkili xüsusilə Ermənistanla sülh sazişinin müzakirə olunduğu dövrdə imzalanma prosesində bəzi Qərb ölkələrinin Azərbaycan əleyhinə apardıqları qərəzli siyasətə diqqət yetirərək DAK təmsilçilərinin bu prosesə qarşı fəallığının vacibliyini qeyd edib.

Toplantıda həmçinin Yaxın və Orta Şərqdə yaranmış gərginlik, İran-İsrail münaqişəsinin hərbi müstəviyə keçməsindən ciddi narahatlıq ifadə olunub. DAK İdarə Heyəti münaqişələrin güc yolu ilə həllinin əleyhinə olduğunu bildirərək, Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyindən narahatlığını ifadə edib.

Teqlər: