Daha 3 yaralı təcili yardım xətti ilə Batken Regional Birləşmiş Xəstəxanasına çatdırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, İki nəfərə bədənin müxtəlif nahiyələrində qəlpə yaraları, birinə güllə yarası diaqnozu qoyulub. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilib.
Ümumilikdə bu günə qədər 7 nəfər yaralanıb.