Müalicə məqsədilə ağır yaralanan üç qazimiz Alxasov Camal İlqar
oğlu, Səfərli Xəyal Mübariz oğlu Türkiyəyə göndərilib, Məmmədzadə
Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola
salınıb.
“YAŞAT” Fondundan AzerTimes-a
verilən məlumata görə, Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm
Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb.
Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam
yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi
əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı
şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə
göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla
yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda
müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən
təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış
olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.