Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.