Daha səkkiz kənd işğaldan azad edildi

Daha səkkiz kənd işğaldan azad edildi

Prezident İlham Əliyev bir neçə kəndin azad olunmasını elan edib.

Ölkə başçısı bu barədə tvitterdə məlumat yayıb:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”