Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, dəfn olunacaq şəhidlərdən biri, hərbçi Vaqif Sərdar oğlu Alıyev, digəri isə mülki şəxs Mirzəli Müslət oğlu Quliyevdir.
Qeyd edək ki, sabah V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.