Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul
prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına
üstünlük verilir.
Nazirlikdən
Trend-ə verilən məlumata görə, bu günlərdə 44 günlük Vətən
müharibəsinin daha iki qazisi – Şixizadə Natiq Əbülfət oğlu və
Bağırov Ceyhun Taleh oğlu Nazirliyin tabeliyindəki DOST İş
Mərkəzinə işə qəbul olunub.
Hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi
əməliyyatlarda şərəfli döyüş yolu keçib. Prezident İlham Əliyevin
Sərəncamları ilə N.Şixizadə “Füzulinin azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına
görə”, C.Bağırov isə “Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunublar.
N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş
mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə
başlayıblar.
Ümumilikdə hazrda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən
müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.