Daha iki ölkənin Ukraynaya ərazi iddiası var

Daha iki ölkənin Ukraynaya ərazi iddiası var

Ukraynanın rumın və macar olan əhalisinin yaşadığı bölgələr respublikadan ayrılmaq üçün referendum keçirə bilər.

AzerTimes xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skot Ritter bildirib.

“Ukraynada etnik qruplar var. Rumıniyanın və Macarıstanın ərazi iddiaları var. Belə olan halda mən referendumun ola biləcəyini hesab edirəm”, – Ritter deyib.

Ekspert qeyd edib ki, bu sahələrdə söhbət xalqların öz müqəddəratını təyin etmək hüququndan gedir. Onun sözlərinə görə, macarlar və rumınlar Ukraynanın bir hissəsi kimi yaşamaq istəmirlər və bu ərazilərin Budapeşt və Buxarestin nəzarətində olmasını istəyirlər.

Teqlər: