Daha iki ölkə Şengen zonasına qoşuldu

Daha iki ölkə Şengen zonasına qoşuldu

Bolqarıstan və Rumıniya martın 31-dən etibarən Şengen zonasına rəsmən qoşulub. Lakin bu, hələlik qismən olacaq. Müvafiq qaydalar hava və dəniz nəqliyyatı ilə səyahət edən sərnişinlərə şamil ediləcək.

AzerTimes xəbər verir ki, yerüstü keçid məntəqələrində sərhədi keçərkən pasport nəzarəti hələ də qalacaq.

Hər iki ölkə sərhəd nəzarətini gücləndirməyə və ərazilərində sığınacaq tələblərinə baxacağına söz verib.

Teqlər: