Daha iki müəssisədə pozuntular aşkarlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, sentyabrın 12-də ölkə üzrə 399 ictimai iaşə obyektində 677 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, X. Rza küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Asim Zülfüqar oğluna məxsus “Albion Pub” pivə evi;

2. Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov küçəsi 86B ünvanında yerləşən, fiziki şəxs Əzizli Rüstəm Elman oğluna məxsus “Riva İn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Twitter:@cingizsafarli

Teqlər: