Daha iki milyarder Rusiya pasportundan imtina etdi

Daha iki milyarder Rusiya pasportundan imtina etdi

“Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Baronov və Timaşev 2017-2021-ci illər arasında “Rusiyanın 200 ən varlı iş adamı” reytinq siyahısına daxil edilib. Baronov 2020-ci ildə 1,2 milyard, Ratmir Timaşev isə 1 milyard dollara yaxın vəsaitlə bu reytinqdə yerlərini möhkəmlədiblər.

Nəşr yazıb ki, bununla da Ukrayna müharibəsinin başlanmasından keçən iki il ərzində Rusiya vətəndaşlığından imtina edən milyonçuların sayı 9-a çatıb.

Hazırda Baronov İsveçrədə, Timaşev ABŞ-da yaşayır.

Teqlər: