Daha funksional terminal gəlir

Daha funksional terminal gəlir

Yeni və daha da funskional Ödəmə və Valyuta dəyişmə terminalı istifidəmizə veriləcək.
Bakıda ictimai yerlərdə və ticarət mərkəzlərində valyutadəyişmə terminalları quraşdırılacaq. e-GovPay terminal aparatlarının sentyabrda istifadəsi nəzərdə tutulur.

Hələlik belə terminallar yalnız “Azərpoçt Şəbəkə”sinin xidmət mərkəzində qurulub. Burada həm də kommunal, mobil və internet ödənişlərini həyata keçirmək mümkündür. Digər bir üstünlük də ondan ibarətdir ki, aparat qəpik qəbul etməklə yanaşı qalıq da qaytarır.

İlin sonuna qədər alternativ variant kimi terminalların telekomunikasiya qovşaqlarında da qurulması nəzərdə tutulur. Başlanğıc üçün terminallar Bakıda istifadəyə veriləcək. Gələcək də Azərbaycanın başqa şəhər və rayonlarında da olacaq.

e-gov-terminal