Qarabağ artıq dünya birliyinə ümid etmir.
AzerTimes xəbər verir ki, bunu Qarabağdakı erməni separatçıların başçısı Araik Arutyunyan Paris meri Ann İdalqo ilə görüşündə deyib.
“Hörmət etməyi bilirik, amma diz üstə çökməyi bacarmırıq. Nə qədər lazımdırsa, mübarizə aparacağıq. Daha bizim dünya ictimaiyyəti, super güclər və beynəlxalq təşkilatlardan gözləntilərimiz yoxdur. Bizim üçün min illərlə miras qalmış ləyaqət daha önəmlidir”, – Arutyunyan bildirib.
Qeyd edək ki, mətbuat konfransı Gorusda baş tutub. Arutyunyan isə görüşə Xankəndidən videoəlaqə ilə qatılıb.