Daha çox itki olacağından qorxuram – Baş nazir

Daha çox itki olacağından qorxuram – Baş nazir

Yaxın Şərqdə münaqişəyə son qoymaq üçün mümkün olan hər şeyi etmək lazımdır.

AzerTimes xəbər verir ki, bunu Sloveniyanın Baş naziri Robert Qolob ABŞ Prezidenti Co Baydenlə Ağ Evdəki görüşü barədə danışarkən deyib.

“ABŞ Prezidenti Co Baydenlə apardığımız danışıqlar nəticəsində biz ümumi razılığa gəldik ki, Yaxın Şərqdə atəşkəs, humanitar yardımların göstərilməsi, girovların azad edilməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Region üçün ümid şüası var, lakin sülhə gedən yol hələ çox uzun və çətin olacaq və mən qorxuram ki, daha çox itki olacaq”, – baş nazir qeyd edib.

Teqlər: