Biz millət olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq. “Türkiyə əsri” olaraq adlandırdığımız cümhuriyətimizin ikinci yüz ilində hamımız birləşəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Qurtulmuş deyib.
Biz son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu millət bizə fürsət verib. Bu fürsəti millətin dəstəyi ilə sona qədər çalışaraq göstərəcəyik. Daha güclü, daha böyük Türkiyə üçün çox çalışacağıq”, – Qurtulmuş bildirib.
Qeyd edək ki, az öncə Numan Qurtulmuş TBMM-nin yeni sədri seçilib.