Xəbər - Samir Əli – Trend:
Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb; növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib; nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.