Daha bir türk futbolçu zəlzələ nəticəsində öldü

Daha bir türk futbolçu zəlzələ nəticəsində öldü

Həvəskar statuslu BAL Liqasında çıxış edən “Qəhrəmanmaraş İstiklalspor”un futbolçusu Tanər Kahriman Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, 25 yaşlı oyunçu dağıntılar altından çıxarılsa da, xəstəxanada vəfat edib.

Qeyd edək ki, Tanər Kahriman karyerası ərzində “Orduspor” və “Artvin Hopaspor”un da formasını geyinib.

Teqlər: