Rusiyanın “İrAero” aviaşirkəti Permdən Bakıya birbaşa uçuşlara start verir.
AzerTimes xəbər verir ki, uçuşlar mayın 30-dan başlayacaq.
100 sərnişin tutumuna malik “Superjet” təyyarələri həftədə bir dəfə – çərşənbə axşamı Permdən Bakıya uçacaq.
“Bolşoye Savino” hava limanının cədvəlinə uyğun olaraq, Permdən Bakıya uçuş proqramı oktyabrın 24-dək nəzərdə tutulub.