Daha bir rayonda zəlzələ olub

Şamaxıda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzerTimes-a verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənubda Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,8, dərinliyi 3 km. olub. Yeraltı təkan hiss olunmayıb.


Qeyd edək ki, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində də zəlzələ qeydə alınıb.

Zəlzələnin maqniyudası 4, dərinliyi 3 km. olub. Zəlzələ hiss olunmayıb.

Teqlər: