2020-ci ilin dekabr ayından artıq 270 nəfər müharibə əlili
yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin
edilib.
AzerTimes xəbər verir ki, bu gün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha bir
qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil
protezlərlə təmin edilib.
Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına
əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək
texnologiyalı müasir protezlərlə təminatına başlanıb.
Ötən dövrdə 270 nəfər müharibə əlili yüksək texnologiyalı 285
ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 82 nəfəri I
Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi
səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 87 ədəd müasir
potezlərlə təmin olunublar.
188 nəfəri isə 44 günlük Vətən müharibəsinin qazisidir və həmin
şəxslərə 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez
verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat
prosesi yekunlaşmaq üzrədir.
Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər
aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər
istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə,
hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.