Xəbər - Çingiz Səfərli – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha bir qrup qazimizi yüksək texnologiyalı protezlərlə təmin edib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.
Beləliklə, Vətən müharibəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub.
“Genium” sistemi üzrə hazırlanan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər davam etdirilir.
Twitter:@cingizsafarli