Vətən müharibəsi dövründə Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Həsrət Quliyev Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb.
Bu barədə AzerTimes-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, YAŞAT Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Fondun hesabatlılığı ilə bu linkdən tanış ola bilərsiniz.
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.