Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd olan Kamal Kılıçdaroğluya PKK-dan dəstək gəlməyə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, PKK-nın rəhbərlərindən sayılan, “Rohani Sərhat” kod adlı Filiz Duman Kılıçdaroğlunu dəstəkləyən açıqlama verib:
“Kılıçdaroğlu seçkiyə yalnız CHP-nin, Millət İttifaqının namizədi kimi qatılmır. O, mayın 14-də keçirilən seçkilərdə Kürdüstanın hamısından, Türkiyənin də yarısından səs toplayan xalqın namizədi kimi iştirak edir”.
Qeyd edək ki, bundan əvvəl də bir neçə PKK lideri Kılıçdaroğluya öz dəstəyini ifadə etmişdi.