Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Qeyd edək ki, səhər saatlarında Sumqayıt şəhərində 13-cü mikrorayon ərazisindəki yaşayış binasında güclü partlayış olub.