İsveçrədə koronavirusun yeni “omikron” adı verilmiş ştammına mümkün yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bununla bağlı ölkənin Federal Səhiyyə İdarəsinin “Twitter” səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: “İsveçrədə təqribən bir həftə əvvəl Cənubi Afrikadan qayıdan bir şəxsdə “omikron” ştammı olduğu ehtimal edilən yoluxma halı aşkar edilib”.
Qeyd edilir ki, bu barədə məlumat bir neçə gün ərzində, müvafiq təhlillər aparıldıqdan sonra təsdiq və ya təkzib ediləcək.