Xəbər - Orxan Nəbiyev – Trend:
Fransada koronavirusun “omikron” ştammına ilk yoluxma faktı qeydə alınıb.
Trend-in məlumatına görə, yoluxma Paris ətrafında aşkar edilib.
Qeyd olunur ki, “omikron” ştammına noyabrın 25-də Nigeriyadan qayıtmış şəxs yoluxub. Hazırda o və onunla təmasda olmuş şəxslər karantinə alınıb.
Ümumilikdə, bu günədək Fransada koronavirusa yoluxmuş şəxslərin sayı 7,4 milyon nəfəri ötüb.