Daha bir ölkə Ukraynaya yardım edəcək

Daha bir ölkə Ukraynaya yardım edəcək

Sloveniya Çexiyanın Ukrayna üçün artilleriya mərmiləri almaq təşəbbüsünə qoşulacaq.

AzerTimes xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski Slovakiya, Sloveniya, Macarıstan və Avstriyadan olan həmkarları ilə görüşdən sonra jurnalistlərə bildirib.

“Sloveniya Çexiyanın AB-dən kənarda Ukrayna üçün artilleriya mərmiləri almaq təşəbbüsünü dəstəkləyəcək”,- o bildirib.

Qeyd edək ki, STA xəbər agentliyi Sloveniya hökumətinin bunun üçün milyon avro ayırmağı planlaşdırdığını bildirib.

Teqlər: