Şimali Makedoniya Müdafiə Nazirliyi T-72 tanklarının Ukraynaya təhvil verildiyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası məlumat yayıb .
Məlumata görə, Şimali Makedoniya Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan texnikanın hərəkəti ilə bağlı görüntülərin həqiqiliyini təsdiqləyib. Nazirlik T-72 tanklarından ibarət karvanın Ukrayna istiqamətində hərəkət etdiyini qeyd edib.