Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollarlıq yeni maliyyə yardımı paketini elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Antonio Albaneze məlumat verib.
O qeyd edib ki, Avstraliya Ukraynaya hərbi yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarına 73,4 milyon ABŞ dolları göndərəcək.
“Ukrayna Avstraliyanın dəstəyinə güvənə bilər”, – baş nazir deyib.
Bildirilib ki, vəsait hərbi nəqliyyat vasitələrinin və sursatların alınmasına sərf ediləcək.