Sloveniya Prezidenti Nataşa Pirts-Musar iyunun 27-də Kiyevə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə prezident “TV Slovenija” kanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, səfər zamanı Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalanacaq.
“Delo” nəşri yazıb ki, saziş hər iki ölkənin müdafiə və xarici işlər nazirlikləri tərəfindən işlənib.
“Bu, məcburi beynəlxalq saziş deyil, yalnız uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləmək üçün siyasi iradəni ifadə edir”, – məlumatda bildirilib.