Niger hökuməti də Ukrayna ilə diplomatik əlaqələri kəsib.
AzerTimes xəbər verir ki, bu barədə Niger hərbi keçid hökumətinin nümayəndəsi Amadu Abdraman deyib.
O, bu qərarın Mali ilə həmrəylik üçün verildiyini bildirib.
Qeyd edək ki, Ukraynanın iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən “Vaqner” silahlılarının kolonuna hücum edən Tuareq qəbiləsindən olan üsyançılara dəstək verməsinə görə Malinin keçid hökuməti Kiyevlə diplomatik münasibətləri kəsib.