Kosova hökuməti Tiktoku bağlamaq qərarına gəlib.
AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, hökumət kibertəhlükəsizliyi artırmaq üçün Çin sosial media platforması olan Tiktokun dövlət qurumlarında istifadəsini qadağan etmək qərarına gəlib.
Kosova hökumətinin bugünkü iclasında Tiktokun bütün dövlət qurumlarında qadağan edilməsinə səs verilib.