Malayziya hökuməti ölüm hökmünün ləğvinə razılıq verib.
AzerTimes xəbər verir ki, bu barədə Malayziya hökumət ofisi məlumat yayıb.
Ölüm hökmünün məhkəmənin qərarı ilə ləğv ediləcəyi bildirilib.
Qərar Nazirlər Şurasının iyunun 8-də keçirilən iclasında ölüm cəzasına alternativ cəzaların axtarışı ilə bağlı hesabatın təqdimatından dərhal sonra verilib.