Daha bir ölkə ölüm cəzasını ləğv etdi

Syerra-Leone Respublikasında iyul ayında ölkənin Milli şurası tərəfindən qəbul edilmiş ölüm hökmünün ləğvi haqqında qanun qüvvəyə minib.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, ölkə örezidenti Julius Maada bu barədə deyib: “Bu gün tariximizin qara səhifəsini çeviririk. İyirmi il sonra, bir millət olaraq özümüzə verdiyimiz sözü tuturuq: iyirmi ildən sonra Sierra Leone Respublikasında ölüm cəzası nəhayət tamamilə ləğv edildi”.

Amnesty International insan haqları təşkilatına görə, 2020-ci ilin sonuna olan xəbərə əsasən dünyada ölüm hökmünün ləğv edildiyi 144 ölkə var.

Teqlər: