Daha bir ölkə İsveç və Finlandiya ilə bağlı qərarını verdi

Daha bir ölkə İsveç və Finlandiya ilə bağlı qərarını verdi

Rumıniya prezidenti Klaus Yohannis Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması haqqında protokolun ratifikasiyası haqqında fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu sənəd baxılmaq üçün Rumıniya parlamentinin strukturlarına göndəriləcək.

Eyni zamanda, müstəqil analitiklərin fikrincə, fərman yaxın vaxtlarda qüvvəyə minəcək – bundan əvvəl parlamentin müvafiq komitəsi Helsinki və Stokholmun NATO-ya inteqrasiyasına prinsipial razılığını verib.

Qeyd edək ki, alyansa qoşulmaq üçün ölkə bütün NATO ölkələrinin ən yüksək qanunverici və icraedici orqanlarının dəstəyini almalıdır.

Teqlər: