Cənubi Afrika Respublikasının Qəzza zolağındakı vəziyyətlə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya Kuba da qoşulub.
AzerTimes xəbər verir ki, bu barədə Kuba XİN məlumat yayıb.
Kuba XİN-dən bildirilib ki, İsrail tam cəzasızlıq şəraitində və ABŞ hökumətinin razılığı ilə Dördüncü Cenevrə Konvensiyasına uyğun olaraq işğalçı dövlət kimi üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur.