Honduras Qəzza zolağında humanitar qanunları pozduğuna görə İsraildən səfirini geri çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Honduras Xarici İşlər Nazirliyi məlumat verib.
Bundan əvvəl Boliviya İsraillə diplomatik münasibətləri kəsdiyini elan edib, qonşu Kolumbiya və Çili də məsləhətləşmələr üçün İsraildən səfirlərini geri çağırıb.
Qeyd edək ki, İordaniya da İsraildən səfirini geri çağırıb. Noyabrın 2-də Bəhreynin də öz səfirini İsraildən geri çağırmaq qərarına gəldiyi barədə məlumat yayılıb.