Daha bir ölkə İsraildəki səfirini geri çağırdı

Daha bir ölkə İsraildəki səfirini geri çağırdı

Bəhreyn İsrailin Qəzza zolağındakı hərəkətləri fonunda Fələstin xalqına dəstək əlaməti olaraq Təl-Əvivdəki səfirini geri çağırmaq, eləcə də yəhudi dövləti ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Bəhreynin Deputatlar Palatası bəyanat yayıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar Kolumbiya və Çili prezidentləri bu ölkələrin İsraildəki səfirlərinin məsləhətləşmələr üçün geri çağırılmasına qərar verildiyini bildirmişdilər.

Teqlər: