Yunanıstan parlamenti eynicinsli cütlüklərin nikahını və onların uşaqları övladlığa götürməsini qanuniləşdirən qanunu qəbul edib.
AzerTimes xəbər verir ki, 300 nəfərlik birpalatalı ali qanunverici orqanda səsvermədə 254 deputat iştirak edib. Qanunun qəbulunun lehinə 176, əleyhinə 76 deputat səs verib, 2 deputat isə bitərəf qalıb.