“Barbi” filminin Əlcəzairdə yayımına qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat verib.
Məlumata görə, Əlcəzair hökuməti filmdə yer alan bəzi səhnələrin mənəvi dəyərlərlə uzlaşmadığını açıqlayıb. Bu baxımdan “Barbi” filminin homoseksuallığı təbliğ etməsi, dini və mədəni inanclara uyğun gəlməməsi səbəbiylə yayımına məhdudiyyət qoyulub.
Qeyd edək ki, “Barbi” filmi iyulun 21-də nümayiş olunduqdan sonra 1 milyard dollardan çox gəlir əldə edib.