Daha bir ölkə Azərbaycandan qaz almaq istəyir

Daha bir ölkə Azərbaycandan qaz almaq istəyir

Serbiya 2023-cü ildən etibarən Azərbaycan təbii qazını idxal etməyi nəzərdə tutur.

AzerTimes xəbər verir ki, bunu Serbiyanın energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib. Nazir bildirib ki, Serbiya ilə Bolqarıstan arasında boru kəmərinin inşasının tamamlanması ilə ölkəsi gələn ildən Azərbaycandan qaz almağa başlaya bilər.

Qeyd edək ki, iyulun 8-də Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verilib. Bu interkonnektor Azərbaycan qazının Balkan ölkələrinə də nəqlinə imkan yaradacaq.

Bolqarıstanla boru kəmərinin istifadəyə verilməsi sayəsində Serbiya, həmçinin Yunanıstan üzərindən maye təbii qaz almaq imkanı əldə edəcək.

Teqlər: