Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinskaya müalicə aldığı xəstəxanada vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, Elmira Şıxlinskaya aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Elmira Şıxlinskaya Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub.
Qəza hadisəsi isə fevralın 17-də baş verib, həmin vaxt avtomobil yolu keçmək istəyən Elmira Şıxlinskaya vurub.
Xatırladaq ki, daha əvvəl isə Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarix müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub.