Xəbər - Orxan Nəbiyev – Trend:
Böyük Britaniyanın “Mothercare” şirkəti Rusiyada fəaliyyətini
dayandırdığını elan edib.
Trend-in
məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.
Hamilə qadınlar və körpə uşaqlar üçün məhsulların satışı ilə
məşğul olan şirkət ölkə ərazisində bütün fəaliyyətini, o cümlədən
məhsul tədarükünü müvəqqəti dayandırır. Bu qərar “Mothercare”in
Rusiyadakı 120 mağazasını əhatə edəcək.
Xatırladaq ki, ötən gün “McDonald’s”, “Pepsi” və “Coca-Cola”
şirkətləri Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını
bildirmişdi.