Daha bir məktəb əyani tədrisə qayıtdı

Xəbər - Çingiz Səfərli – Trend:

Noyabrın 16-dan etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb.


Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Teqlər: