“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək.
AzerTimes Sportlife.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.
Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.
Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.