Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Türkiyənin Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxara biliblər.
AzerTimes xəbər verir ki, xilasetmənin videogörüntülərini Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş Tvitterdə paylaşıb.
“Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, – o qeyd edib.
Pest İli Arama Kurtarma Ekibi 1,5 yaşındaki çocuğu kurtarıyor. Hatay, 8 Şubat 2023 https://t.co/F6MJ4XwYB0 @anadoluajansi @trt pic.twitter.com/Pe5DtqO9aw
— Viktor Mátis (@MacaristanBE) February 8, 2023