HƏMAS lideri Yəhya Sinvar İsrailin apardığı əməliyyat nəticəsində məhv edilib.
AzerTimes xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Daniel Haqari deyib.
“Fələstin qruplaşmasının komandiri Yəhya Sinvar artıq ölüdür. HƏMAS-ın hərbi və siyasi rəhbərliyi, onun bütün aktivləri təhlükə altındadır, onların sonu çatıb”, – Haqari bildirib.