Daha bir güləşçimiz DÇ ikincisi oldu

Daha bir güləşçimiz DÇ ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

AzerTimes xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli ikinci yerlə kifayətlənib.

Rəqib qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə döşək üzərində dövrə vuraraq qeyd edib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.

Teqlər: